26 Fevral 2023 21:45
271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Novqorod vilayətində M-11 federal magistralında kütləvi qəzaya uğrayan avtomobillərin sayı 41-ə, zərərçəkənlərin sayı 14-ə çatıb.

Teleqraf.com xəbər verir ki, beş nəfər beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib, onlardan dördü uşaqdır.

Bu barədə regional yol polisi idarəsinin mətbuat xidməti xəbər verib.

Bildirilib ki, xəstəxanaya yerləşdirilənlərin beyin silkələnməsi var. 9 nəfər isə xəstəxanaya yerləşdirilməkdən imtina edib.

Məlumata görə, kütləvi qəzanın baş verdiyi M-11 ödənişli magistral yolunda 4 kilometrlik tıxac yaranıb.

Qeyd olunub ki, qəzaya pis hava şəraiti səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər