Qırğızıstanda 5,9 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, zəlzələnin episentri Almatı şəhərindən 278 kilometr cənub-şərqdə Qırğızıstan və Çin sərhədində yerləşib. Zəlzələnin enerji sinfi 12,1-dir.
Zəlzələnin ocağı 10 km dərinlikdə olub.