Babək rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Babək rayon Polis İdarəsinə rayon ərazidəki restoranların birindən oğurluq olması barədə məlumat daxil olub.
Aparılan tədbirlər nəticəsində oğurluğu törədən Təbriz Əliyev və Qabil Musayev müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.