Mingəçevirdə mübahisə etdiyi 20 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən 16 yaşlı şəxs saxlanılıb.
Teleqraf.com öncədən də məlumat verdiyi kimi, martın 3-də saat 22 radələrində 2003-cü il təvəllüdlü Səfər İsmayılovun bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olması barədə Mingəçevir Şəhər Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dərhal polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində aralarında yaranan münaqişə zamanı S.İsmayılova bıçaqla xəsarət yetirən 2007-ci il təvəllüdlü Y.İ şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.