11 May 2014 23:51
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın “Eurovision 2014” mahnı müsabiqəsindəki təmsilçisi Dilarə Kazımovaya dəstək olub.

Teleqraf.com-un məlumatına görə, deputat Facebook səhifəsində 33 bal toplayan təmsilçimizə qarşı ədalətsizlik olduğunu qeyd edib: “Azərbaycanın “Avroviziya-2014” mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımovanın ifasına verilən qiymətləri və tutduğu 22-ci yeri ədalətsiz hesab edirəm. Həm mahnı gözəl idi, həm də ifa yüksək səviyyədə idi. Ancaq səhnə quruluşu uğursuz idi, daha uğurlu variant tapıla bilərdi. Tutduğu yerdən asılı olmayaraq Dilarə xanımı təbrik edirəm, həmişə təmsilçilərimizin yanındayıq və uğurlarımızın bundan sonra da çox olacağına inanıram”.

Kəmalə


Müəllif: