Kürdəmirdə 49 yaşlı qadın ailə münaqişəsi zəminində intihara cəhd edib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Atakişili kəndində qeydə alınıb.
Ailə münaqişəsi zəminində kənd sakini 1973-cü il təvəllüdlü Hüseynova Cəmilə Qulu qızı xlor içib və özünə bıçaq xəsarəti yetirib. C.Hüseynova dərhal ətrafdakı insanların köməyi Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Fakt araşdırılır.