Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin sessiyası keçirilib.
Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, sessiyada ölkədəki ictimai-siyasi durum, həmçinin sonuncu bələdiyyə seçkilərinin nəticələri müzakirə olunub.
Həmçinin partiyanın növbəti qurultayının Nizamnaməyə uyğun şəkildə keçirilməsi üçün 15 nəfərdən ibarət Təşkilat Komitəsinin yaradılması barədə qərar qəbul olunub.