Türkiyənin Diyarbəkir şəhərinin Hani rayonunda iki ailə arasında baş verən silahlı qarşıdurmada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Teleqraf.com xəbər verir ki, olay ötən gün axşam saatlarında baş verib.
Bildirilib ki, dava qısa müddətdə böyüyərək silahlı qarşıdurmaya çevrilib. Ailələr yanlarında gətirdikləri silahlarla atəş açıblar. Hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib, yaralılar xəstəxanaya aparılıb.
Hadisənin səbəbi hələlik bəlli deyil. İnsidentlə bağlı araşdırma başlanıb.