16 Mart 2023 14:45
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun Səfərli qəsəbə sakinləri 1999-ci il təvəllüdlü İsrail Həsənov və 1987-ci il təvəllüdlü Amid Həsənovun rayonun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində mina partlayışı nəticəsində ölməsi faktı üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bilidilib.

Hazırda Ağdam rayon prokurorluğunda araşdırma davam etdirilir.

Həmçinin qeyd edilib ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla üumumilikdə 49 nəfər həlak olub, 234 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

13.00

Ağdam rayonu Yusifcanlı kənd ərazisində kənd sakinləri mina partlayışı nəticəsində həyatlarını itiriblər.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu, 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.

Fakt üzrə rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər