Oxşar xəbərlər
Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyiti aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Hadisə ilə bağlı FHN-in “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.