21 Mart 2023 15:34
406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində iki nəfər Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Fuad Səmədzadə və 1965-ci il təvəllüdlü Sevil Gəncəliyeva xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com