Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi açıqlama verib.
Teleqraf.com xəbər verir ki, qurumdan verilən açıqlamada avtomobili idarə edən Oqtay Əliyevin sükan arxasında qəfil ürəyinin tutduğu bildirilib.
"Nəticədə onun idarə etdiyi “Leksus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb”.
Qeyd edək ki, Oqtay Əliyev ürək xəstəliyindən əziyyət çəkirdi.