İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub.
Bu barədə Teleqraf.com-a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 07:16-da Naxçıvan stansiyasından 102 km cənub-qərbdə, İranın Xoy şəhərində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 4-3 bala qədər hiss olununub.
Zəlzələnin maqnitudası 5.7, dərinliyi 10 km olub.