Martın 26-da 1955-ci il təvəllüdlü Aydın Məsimoviç oğlu Şəmsəddinov yaşadığı mənzildə özünü asaraq intihar edib.
Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi qəsəbəsi ərazisində baş verib.
Baxış zamanı fərdi yaşayış evində 1961-ci il təvəllüdlü, şəkərli diabet xəstəliyindən əziyyət çəkən, yataq xəstəsi Səidə Məsim qızı Şəmsəddinovanın meyiti də aşkar edilib.
Qohumlarının deməsinə görə Aydın Şəmsəddinov bacısı Səidə Şəmsəddinovanın ölməsinə dözməyərək intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//Report