Martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Teleqraf.com xəbər verir ki, onun cansız bədəni "vaqon şəhərcik" deyilən yerin yaxınlığındakı qamışlıq ərazidə tapılıb.
Meyitin baş hissəsi çaqqalar tərəfindən gəmirilib.
Faktla bağlı araşdırma aparılır.