28 Mart 2023 20:06
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Zod aşırımı adlanan ərazisinin yaxınlığında yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən xəbərə görə, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Kəlbəcər rayon sakini 1968-ci il təvəllüdlü Feyruz Bayramov Naftalan şəhər Yol İdarəsinə məxsus traktor ilə qar uçqunu altında qalmış yolun açılması zamanı aşmış və nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Dərhal sürücü hadisə yerindən çıxarılaraq xəstəxanaya yerləşdirilib və sol ayağının topuq oynağı tromotik amputasiya edilib. Faktla bağlı araşdırmalar davam etdirilir


Müəllif: Teleqraf.com