Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin tavanı və dam örtüyünün taxta atmaları 50 m² sahədə, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 12 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.