30 Dekabr 2014 12:43
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə "Azərbaycan Respublikası Prezidentinin və Bolqarıstan Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu" layihəsinı baxılıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə deputatlara məlumat verən Beynəlxalq əlaqələr komitəsinin səıdri Səməd Seyidov deyib ki, bəyannamə Azərbaycanla Bolqarıstanın münasibətlərini yüksək səviyyədə qurmasını nəzərdə tutur: "Bu gün Bolqarıstan bizim üçün vacib ölkədir. İqtisadi və mədəni əlaqələrimiz yüksələn xətlə davam edir. Bolqarıstan həm də Avropa Birliyinin üzvüdür".

Bəyannamə səsə qoyularaq qəbul olunub.

Sənədi təqdir edən Deputat Xanhüseyn Kazımlı isə deyib ki, prezidentin hər bir addımı uzaqgörən niyyətlərə hesablanıb: “Dünən prezident əfv verib. Bu Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində humanist addımdır”.

Nemət


Müəllif: