9 Aprel 2023 10:21
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyətinə ağır itki baş verib.

Bu barədə Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tofiq qızı Tağızadə bu gün səhər vəfat edib.

"Mədəniyyət Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!", - deyə qurum bəyan edib.


Müəllif: Teleqraf.com