Xaçmaz rayonunda iki nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi barədə araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğunun mətbuat xidmətindən bildirilib.
Aprelin 10-u saat 02 radələrində Xaçmaz rayonu Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 1963-cü il təvəllüdlü Aslan Tarverdiyev və 1965-ci il təvəllüdlü Rumayə Tarverdiyevanın ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.
***
10.10
Xaçmazda iki nəfər yanaraq ölüb.
FHN-dən Teleqraf.com-a verilən məlumata görə, rayonunun Yalama kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.