Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində yerləşən ticarət mərkəzlərinin birinin sanitar qovşağında Bakı şəhər sakini olan 2 qadının mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.
Nərimanov rayon Polis İdarəsinin 18-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini olan bir qadın müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.