14 Aprel 2023 12:08
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbə sakini 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin cari il yanvarın 6-da öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

İbtidai istintaqla 2005-ci il təvəllüdlü Rəhman Süleymanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirməklə tanışı Tuncay Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rəhman Süleymanova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər