15 Aprel 2023 00:56
35 843
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğal altında olan Donetskdə rusiyapərəst silahlılar Rusiyanın tərəfində döyüşməkdən imtina edən iki azərbaycanlını güllələyiblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynada olan Baku TV müxbiri Mübariz Aslanov məlumat verib.

“Separatçı rejim azərbaycanlıları da səfərbərliyə cəlb etmək istəyirdi. Nəticədə müharibəyə getmək istəməyən Şamil Həsənov və Teymur Cumyev güllələnib”, - o qeyd edib.

O, cəbhədəki vəziyyətin təfərrüatını da çatdıraraq, ötən gecə Ukraynanın şərq və cənub vilayətlərində döyüşlərin intensivləşdiyini qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər