Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji dispanserin mətbəx otağında bıçaqlanma olub.
Teleqraf.com xəbər bverir ki, orada nahar edərkən, məhkəmə qərarları əsasında məcburi müalicə alan 1986-cı il təvəllüdlü Seymur Əzizov heç bir əsaslı səbəb olmadan 1979-cu il təvəllüdlü Əziz Məhərrəmova arxa tərəfdən yaxınlaşaraq qəflətən qarın, qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.