Lənkəran sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.