Mingəçevirdə avtomobil eyni vaxtda 3 piyada qızı vurub.
Teleqraf.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Kür çayına yaxın hissəsində baş verib.
"VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən qızları vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Xəstəxanaya çatdırılan yaralılardan durumu daha ağır olan 2005-ci il təvəllüdlü Əliyeva Səbinə Rövşən qızı dərhal cərrahiyə şöbəsinə qaldırılıb.
2006-cı il təvəllüdlü M.Soltanova və 2005-ci il təvəllüdlü A.Tağızadə isə zəruri tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.