Gəncədə çirkab su ilə dolu çuxurdan meyit tapılıb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, "112" qaynar telefon xəttinə Gəncə şəhərində 1 nəfərin meyitinin çirkab su ilə dolu çuxurdan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çuxurdan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.