30 Aprel 2023 09:19
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Baş Polis İdarəsinə şəhər ərazisində çirkab sularının yığışdığı çuxurda naməlum kişi meyiti olması ilə bağlı məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

Meyit çuxurdan çıxarılaraq müvafiq ekspertiza göndərilib.

İlkin araşdırmalar zamanı onun, şəhər sakini, 1940-cı il təvəllüdlü İsa Hümbətov olması və tapıldığı ərazisinin yaxınlığında yaşaması məlum olub.


Müəllif: Hacı Zeynalov