Şərurda dostunu avtomobildə öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Teleqraf.com-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan bildirilib.
Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.