Zərdab rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində odlu silah satmaq istəyən şəxs saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib.
Keçirilən tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Cəfərov rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Onun əlində olan idman çantasına keçirilən baxış zamanı atəşə yararlı 1 ədəd “AK-74” markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 25 ədəd patron aşkar edilib.
Dindirilmə zamanı R.Cəfərov silahı bir müddət əvvəl Bakı şəhəri ərazisindən tapdığını və satmaq niyyətilə Zərdab rayonuna gətirdiyi bildirib.
Faktla bağlı Zərdab rayon polis şöbəsində cinayət işi başlanılıb.
Aaxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Aşkar edilən silahın hər hansı bir cinayət hadisəsində istifadə olunub-olunmadığı araşdırılır.