3 May 2023 17:53
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Biləsuvar şəhəri ərazisində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər