6 May 2023 12:22
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Şamaxı rayonunun Çarhan kəndində yerləşən süni göldə suyun səviyyəsinin kəskin artması və gölün hər an daşaraq ətraf üçün təhlükə yaratması barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub.

Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində süni göldəki suyun səviyyəsi endirilərək daşma təhlükəsi aradan qaldırılıb.

Bundan əlavə, yağan intensiv yağışlar səbəbindən Kürdəmir şəhərində bəzi fərdi evlərin və həyətyanı sahələrin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında əraziyə cəlb olunmuş Nazirliyin Aran Regional Mərkəzinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər