6 May 2023 23:31
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda əqli çatışmazlığı olan şəxs polis əməkdaşlarına xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.

Onun sözlərinə görə, valideynlərinin müraciəti əsasında polis əməkdaşları əqli çatışmazlığı olan H.Ağayevin aqressiv hərəkətlərilə ictimai təhlükə yaratmasının qarşısını alarkən şəxs iki polis əməkdaşına yüngül xəsarət yetirib.

H.Ağayev polis əməkdaşları tərəfindən qeydiyyatda olduğu ruhi əsəb dispanserinə yerləşdirilib.

Qeyd edək ki, H.Ağayev axtarışda olan şəxs imiş.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər