Şirvanda bank kartından pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini olan bir nəfərin bank kartından 1743 manatını oğurlamaqda şübhəli bilinən Zaqatala şəhər sakinləri - Əlməddin Bəşirov və Renat Sulxayev müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.