Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində üç halda liftdə köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a FHN-nin mətbuat xidmətindən bildirilib
Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.