14 May 2023 14:58
460
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gecə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar nəticəsində Gəncə şəhəri, Məhsəti qəsəbəsi ərazisində Gəncə-Şəmkir avtomobil yolunun hərəkət hissəsinin subasmaya məruz qalması və nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin yaranması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış ərazidən su çəkilib kənarlaşdırılaraq nəqliyyat vasitələrinin sərbəst hərəkəti bərpa edilib.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər