Volqoqrad yaxınlığındakı dayanacaqda yük maşını sürücüsü ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, hadisə Svetloyarski rayonunun Tsatsa kəndində baş verib.
Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin media ilə əlaqələr üzrə böyük köməkçisi Daria Buyanovanın verdiyi məlumata görə, sürücü “Mercedes” markalı yük maşını ilə Moskvadan Bakıya səfər edirmiş.
“Sürücü gecə avtomobilini “İmperiya” kafesinin yaxınlığındakı dayanacaqda saxlayıb. Kişinin meyiti dayanacaq işçiləri tərəfindən aşkar edilib. Onlar təcili yardıma və hüquq-mühafizə orqanlarına da zəng vurublar. Mərhumun 41 yaşlı İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Əliyev Hikmət Qahir oğlu olduğu üzə çıxıb. Onun bədən xəsarətləri və zorakı ölüm əlamətləri olmayan meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib”, - deyə Buyanova bildirib.
Qeyd edək ki, mərhumun sükan arxasında qəfil ürəktutmadan öldüyü ehtimal edilir. Onun cənazəsi sabah Azərbaycana gətiriləcək.