Bakıda gənc qız dəm qazından zəhərlənərək ölüb.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.//Report