5 Yanvar 2015 12:02
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının fəaliyyətini genişləndirmək üçün 2015-ci ilin əvvəllərində Azərbaycanın bölgələrinə səfər edəcək.

Q.İbadoğlunun ilk səfəri Salyan rayonu olub. Rayon müsavatçıları ADR-in Təşəbbüs Qrupunu yaradıb.

Qubad İbadoğlu, Ellada Məmmədli, Hüseyn Məlik, eləcə də KXCP-nin “Demokratik Birlik” fraksiyasının rəhbərliyində təmsil olunanların iştirakı ilə Salyanda keçirilən görüş KXCP-nin rayon şöbəsinin qərargahında keçirilib.

ADR rəhbəri Qubad İbadoğlu isə 2015-ci ildə siyasi fəaliyyətləri ilə bağlı sosial şəbəkədə maraqlı fikirlərini paylaşıb.

“Bir çox insanlar səmimiliyin gücündən və təsirindən bixəbərdir. Çünki ömrü boyu qəlbində hiss etdiklərini qarşısındakı insana olduğu kimi ifadə etməyərək, öz aləmlərində böyük siyasətlə məşğul olublar. Süni səmimiyyətləri ilə ən yaxınları qarşısında belə özlərini olduğundan fərqli göstərərək şəxsiyyətlərini gizlətməklə başqa cür tanıtmaq istəyiblər. Bəzən də buna nail olublar, amma bu çox uzun çəkməyib və çəkə də bilməzdi. 2014-cü il nə qədər ağrılı olsa da mənə məhz belələrini aydınlaşdırmaq şansını verdi və mən də öz növbəmdə onları cəmiyyətə tanıtmaq imkanına malik oldum. 2015-ci ildə qəlbən səmimi, hər zaman dürüst, bütün davranışları və əməlləri ilə təbii olan dostlarla yola çıxırıq. Bir məqsədimiz də səmimiliyin gücünü və vacibliyini göstərməkdir. İkinci əsas məqsədimiz Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatını əxlaq və mənəviyyat, səmimiyyət və dürüstlük təcəssümünə çevirməkdir”, - deyə o vurğulayıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər