Bakının Sabunçu rayonunda yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 110 kvadratmetr olan kürsülü, birmərtəbəli, 3 otaqlı evin 1 otağının, dəhlizinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 60 kvadratmetr sahədə, mətbəxinin yanar konstruksiyaları 16 kvadratmetr sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.