Tovuz rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində rayon sakini Ə.Tağıyevanın yeri Xaçmaz rayonunda müəyyənləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
“Artıq polis əməkdaşları Ə.Tağıyeva ilə əlaqə saxlayıb, səhətinin normal olduğu, həyatı təhlükəsinin olmadığını dəqiqləşdirib. İlkin məlumata görə Ə.Tağıyeva ailə qurmaq üçün öz istəyi ilə Xaçmaz rayonuna gedib. Tezliklə qız ailəsinə təhvil veriləcək” – deyə məlumatda qeyd olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.