Özbəkistan Respublikasında dələduzluq əməlini törətməkdə təqsirləndirilən, 2021-ci ildən etibarən həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən dövlətlərarası axtarışa verilmiş, 1979-cu il təvəllüdlü Tacikistan Respublikasının vətəndaşı Saodat Mahmudovanın verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidətindən bildirilib.
Saodat Mahmudova cari ilin fevral ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 7 oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.