Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, toplantıda Müsavat Partiyasının 2015-ci il Fəaliyyət İstiqamətlərində əks olunan parlament seçkilərində iştirak, seçki islahatlarının əsas elementlərinin müəyyənləşdirilməsi, seçki günü birgə müşahidənin təşkil olunması istiqamətində siyasi partiyalarla məsləhətləşmələrin keçirilməsi barədə müzakirə aparılıb və bu müzakirənin davam etdirilməsi məqsədəuyğun sayılıb.
Divan yanvarın 19-da Müsavat Partiyasının mərkəzi qərargahında 20 yanvar hadisələrinin 25-ci ildönümü ilə bağlı anım tədbirinin keçirilməsi haqqında qərar qəbul edib.
Ayxan