28 May 2023 20:43
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllıda məktəblini sərnişin avtobusu vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lahıc yolu istiqamətində baş verib.

Qəza nəticəsində Qobustan sakini, 2010-cu il təvəllüdlü Cəfərov Asəf Valeh oğlu dünyasını dəyişib.

İlkin məlumatlara əsasən, məktəblini turistləri daşıyan sərnişin avtobusu vurub.

Məktəblinin İsmayıllıda qonaq olduğu ehtimal olunur. Fakt araşdırılır.


Müəllif: Teleqraf.com