Mayın 27-də və 28-də Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib.
Bildirilib ki, nəticədə 8 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.