İntensiv yağışlar Şəmkir rayonunun Zəyəm qəsəbəsində fəsadlar yaradıb.
Teleqraf.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yağıntıların törətdiyi fəsadların aradan qaldırılması əraziyə cəlb olunub.
Hazırda Şəmkir rayonunun Zəyəm qəsəbəsində fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirləri görülür.