1 İyun 2023 11:22
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda silahlı insdient olub.

Teleqraf.com xəbər verir ki, mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib.

Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər