1 İyun 2023 11:49
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib.

Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.//Report


Müəllif: Teleqraf.com