Gəncədə ödəmə terminalının qarşısında növbə üstündə dava düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini Emin Məmmədovun sağ gözünün alt və üst qapaqlarının cırılmış yaraları, buynuz qişanın dəlib keçən yaralanması, möhtəviyyatın tökülməsi ilə xərarət alması barədə məlumat daxil olub.
Dərhal baş polis idarəsində müvafiq araşdırmalar başlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, vətəndaşa şəhər sakini Elçin Fərhadzadə aralarında yaranmış mübahisə zamanı yumruqla xəsarət yetirib.
Elçin Fərhadzadə barəsində Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) madəsi ilə cinayət işi başlanıb.