Güney Azərbaycanın Zəncan şəhərində molla rejiminin məmuru yerli sakinlər tərəfindən döyülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Bildirilir ki, hadisəyə səbəb hökumət məmurunun müəssisələrin birində işləyən qadının şəklini çəkməsi olub. Bunu görə gənclər onu döyüblər və çəkdiyi fotoları mobil telefonundan silməyə məcbur ediblər.